Avropa Liqasında növbəti mərhələyə yüksələn bütün komandalar müəyyənləşdi

Avropa Liqasında növbəti mərhələyə yüksələn bütün komandalar müəyyənləşdi

Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Nəticələrdən sonra növbəti mərhələnin bütün iştirakçıları müəyyənləşib. Qruplarda ilk pilləni tutan komandalar 1/8 finala, 2-ci yerin sahibləri isə 1/16 finala yüksəliblər. Qrupu 3-cü sırada başa vuranlar isə Konfrans Liqasının pley-offunda iştirak hüququ qazanıblar.
A qrupunda “Arsenal” dogma meydanda “Sürix”ə minimal hesabla qalibgəlib -1:0. "Budö Qlimt" (Norveç) – PSV (Niderland) oyununda isə qonaqlar qələbəyə seviniblər -1:2. Bu nəticələrdən sonra “Arsenal” qrup lideri kimi, PSV isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb. B qrupunda mübarizə aparan Ukrayna təmsilçisi  "Dinamo Kiyev" Türkiyənin "Fənərbağça" komandasına 0:2 hesabı ilə məğlub olub. "Renn" (Fransa) - AEK (Larnaka, Kipr) oyununda isə qalib müəyyənləşməyib -1:1. Bu nəticələrdən sonra "Fənərbağça"  14 xala 1-ci yeri tutub. Fransanın "Renn" komandası isə 12 xalla 2-ci olub.  AEK 5 xalla üçüncü, “Dinamo” isə 1 xala qrupu sonuncu pillədə başa vurub. 
C qrupu qrupunda İspaniyanın “Betis” klubu dogma meydanda HİK komandasına 3:0 hesabı ilə qalib gəlib. "Roma" (İtaliya) isə Bolqarıstan təmsilçisi “Lüdoqorets"dən güclü olub - 3:1. Bu nəticələrdən sonra "Betis" və “Roma” müvafiq olaraq ilk iki yerin sahibi kimi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Qrup üçüncüsü olan "Lüdoqorets" mübarizəni Konfrans Liqasında davam etdirəcək. HİK komandası isə avrokuboklarla vidalaşıb. 
D qrupunda isə "Yunion" (Belçika) - "Yunion" (Berlin, Almaniya) oyunu 0:1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. Portuqaliyanın "Braqa" komandası isə İsveçin "Malmö" komandasına 2:1 hesabı ilə qalib gəlib. Sonuncu turdan sonra  "Yunion" (Belçika) və  "Yunion" (Berlin) növbəti mərhələyə yüksəlib. "Braqa" üçüncü yerin sahibi kimi Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. Aktivində xal olmayan "Malmö" isə qrupda qalıb.