Həndbol millimiz ilk oyunda məğlub oldu 

Həndbol millimiz ilk oyunda məğlub oldu 

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib. Mübarizəyə I mərhələdən başlayan komandamız Portuqaliya yığması ilə üz-üzə gəlib. Paredes şəhərinin "Multiusos de Paredes" arenasında təşkil olunan yarış rəqibin 32:19 hesablı qələbəsi ilə yekunlaşıb.  
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu sabah eyni arenada keçiriləcək.