Konfrans Liqası: “Qarabağ”ın rəqibi hansı klub olacaq?

Konfrans Liqası: “Qarabağ”ın rəqibi hansı klub olacaq?

Noyabrın 7-də İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq mərasimdə turnirdə ölkəmizi təmsil edən "Qarabağ" klubunun da rəqibi müəyyənləşəcək. Ağdam klubu Avroliqadan gələn digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq. Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar. Ağdam təmsilçisi pley-offda  "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Lex" (Polşa), "Partizan" (Belqrad), "Dnepr-1" (Ukrayna), "Gent (Belçika), "Bazel" (İsveçrə) və ÇFR (Rumıniya) kimi komandalardan biri ilə qarşılaşacaq.