Transfer bazarının ən dəyərli hücumçuları

Transfer bazarının ən dəyərli hücumçuları

Hazırda dünyanın ən bahalı futbolçuları sırasında liderlik norveçli Erlinq Haalanda məxsusdur. «Mançester  Siti»nin 22 yaşlı hücumçusunun transfer qiyməti 170 milyon avrodur. İkinci pillədə PSJ-də çıxış edən Kilian Mbappedir. Fransalı forvardın transfer qiyməti 160 milyondur. İlk üçlükdə Madrid «Real»ında çıxış edən Vinisius Junior qərarlaşıb. Braziliyalı hücumçuya sahib olmaq istəyən kub ən azı 120 milyon avro xərcləməlidir.