Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil»

Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil»

FİFA prezidenti Canni İnfantino 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət edib. Qurum rəhbəri müxrəlif ölkələrin milli komandalarını idmanı siyasətlə qarışdırmamağa, diqqəti futbola yönəltməyə çağırıb.

“Xahiş edirəm, diqqəti futbola yönəldək! Başa düşürük ki, futbol boşluqda yaşamır. Eyni zamanda, biz başa düşürük ki, dünyada siyasi xarakterli problemlər və çətinliklər çoxdur. Amma xahiş edirəm, futbolun hər bir mövcud ideoloji və ya siyasi döyüşə sürüklənməsinə imkan verməyin.

FİFA-da biz dünyaya əxlaq dərsi vermədən bütün fikirlərə və inanclara hörmət etməyə çalışırıq. Dünyanın ən böyük güclərindən biri həqiqətən də onun çox müxtəlifliyidir. Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil. Bu prinsip qarşılıqlı hörmətin və ayrı-seçkiliyin olmamasının təməl daşıdır. Bu da futbolun əsas dəyərlərindən biridir. Odur ki, lütfən, futbolun mərkəzi səhnəyə çıxmasına icazə verin” - deyə İnfantino qeyd edib.