Misli Premyer Liqası: Turun açılış oyunu Tovuzda olacaq

Misli Premyer Liqası: Turun açılış oyunu Tovuzda olacaq

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII turun oyunlarına start veriləcək.İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Turun açılış oyununda "Turan Tovuz" komandası "Şamaxı"nı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq oyunun start fiti saat 15:00-da çalınacaq. Çempionatın ilk dövrəsindəki matçda Tovuz təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı.
Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.