“Frayburq”la heç-heçə edən "Qarabağ" UEFA klub reytinqində nə qədər irəlilədi? 

“Frayburq”la heç-heçə edən "Qarabağ" UEFA klub reytinqində nə qədər irəlilədi? 

Ötən gün UEFA Avropa iqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. G qrupunda mübarizə aparan Azərbaycanın  "Qarabağ" klubu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyundan sonra Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı artıb. Belə ki, Ağdam təmsilçisi  UEFA-nın klub reytinqində 4 pillə irəliləyib. "Köhlən atlar" 6-cı turun oyunlarından sonra siyahıda 61-ci sırada qərarlaşıb. Hazırda Azərbaycan çempionunun aktivində 25 min reytinq xalı var.”Qarabağ” Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" komandaları ilə 61-63-cü yerləri bölüşdürür.
Qeyd edək ki, reytinq cədvəlinin birinci pilləsində aktivində 131 min xal olan İngiltərənin "Mançester Siti" klubu qərarlaşıb.