Misli Premyer Liqası: "Şamaxı"dan ilk qələbə

Misli Premyer Liqası: "Şamaxı"dan ilk qələbə

Futbol üzrə Misli Premyer Liqasında XIII turun oyunlarına start verilib. Turun açılış oyununda "Şamaxı" klubu səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuş şəhər Stadionunda keçirilən oyunda “Şamaxı” komandası qələbəyə seinən tərəf olub -1:3. Bununla da “Şamaxı” klubu Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ilk qələbəsini qazanıb. 
Vüqar Əsgərlinin baş məşqçi olduğu komandanın heyətində 17-ci dəqiqədə Kamran Quliyev, 42-ci dəqiqədə Rauf Hüseynli, 51-ci dəqiqədə Fuad Bayramov fərqlənib. Tovuz təmsilçisinin yeganə qolunu 33-cü dəqiqədə Runi Eva penaltidən vurub.
Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şamaxı" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 6-cı sıradadır.
Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.