Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən “Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctımai Birliyinin 25 illik” yubiley medalı ilə təltif olunub.
Məlumat üçün bildirə ki, Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Təhsilini Şahtaxtı kənd orta məktəbində almışdır (1958-1968). 1969-1970-ci illərdə Rusiyanın Lipetsk şəhərində xidmət etmişdir. 1970-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş,1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoji fakültəsini fərqlənmə diplomu ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövləi İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu (2004) bitirmişdir.
Dövlət tərəfindən 12 may 2013-cü ildə Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» və 25 may 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasının, 10 sentyabr 2022-ci ildə Şuşa şəhərində “Qarabağın idman tarixi” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Prezident fərdi təqaüdçüsü olan Dilqəm Quliyev BEŞNÖVÇÜLÜK üzrə idman ustası (1970), Sərbəst güləş üzrə SSRİ idman ustası (1972), pedaqogika üzrə fəlsəfə doktoru (1994), dosent (1996), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), «Tərəqqi» medalına layiq görülmüş (2001), professor (2004), pedaqogika üzrə elmlər doktoru (2018), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), «Əməkdar bədən tərbiyəsi və idman xadimi» (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10 qat «ilin ən yaxşı tədqiqatçı jurnalisti», 2018-ci ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «İlin elm adamı” adına layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən “Milli Ordunun -100 illik” yubiley medalı ilə təltif olunmuşdur. Həmin ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin fəxri üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 2498 nömrəli Sərəncamına əsasən fərdi təqaüdçüsüdür. 2022-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən “Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctımai Birliyiyinin 25 illik” yubiley medalı ilə təltif olunmuşdur. Bu il sentyabrın 10-da Şuşa şəhərində yerləşən Bülbülün ev muzeyində dövlət tərəfindən “Qarabağın idman tarıxı” kitabının təqdimatı keçirilmişdir. Dilqəm Quliyevin 500-ə yaxın əsəri və 400-dən çox elmi-pedaqoji və publisistik qəzet məqalələri çap olunmuşdur.