Azər Əliyev: «Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir» - MÜSAHİBƏ
BOK
05.11.2022, 20:43
Noyabrın 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) "Olimpiya, incəsənət və idman" adlı sərginin açılış mərasimi keçirilib. Sərgisində iştirak edən MOK-un baş katibi Azər Əliyev tədbirlə bağlı fikirlərini, eləcə də yubiley barəsində təəssüratlarını «Olimpiya dünyası» qəzeti ilə bölüşüb.
- Azər müəllim, bugünki tədbirlə bağlı öz fikirlərinizi bildirərdiniz.
- «Olimpiya, incəsənət və idman» sərgisi çox yüksək səviyyədə təşkil olunub. Sərgidə müxtəlif rəsam və heykəltaraşların idman mövzusunda ərsəyə gətirdikləri əsərlər nümayiş olunur. Onların heç biri dəyər və sənətkarlıq baxımından biri-birindən seçilmir. Lakin qeyd edim ki, Milli Olimpiya Komitəsinin inzibati binasına daxil olarkən, foyedə asılmış xalça daha möhtəşəm alınıb. 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın şəkilləri həmin xalçada öz əksini tapıb. Bu o deməkdir ki, ölkəmizdə idman sahəsində də öz bacarığını nümayiş etdirən istedadlı insanlar yaşayır. Onların yaratdığı sənət nümunələri dəyərli bir xəzinədir və gələcək nəsillərə yadigardır.
- Milli Olimpiya Komitəsinin 30 illik fəaliyyətindən söz düşərkən, daha çox hansı fikirləri qeyd etmək istərdiniz? - Bildiyiniz kimi, hazırda Milli Olimpiya Komitəsi özünün 30 illik yubileyini qeyd edir. İl ərzində yubileylə bağlı silsilə tədbirlər təşkil olunub. Qarşıda daha böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Doğrudan da Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti yüksək sözlərə layiqdir. Komitənin yaradıldığı dövr çox çətin və keşməkeşli olmuşdu. Milli Olimpiya Komitəsi cənab İlham Əliyevin sayəsində qısa müddət ərzində böyük inkişaf yolunu keçib. İdmançılarımız böyük qələbələrlə xalqımızı sevindirdilər. Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan dünyada ən güclü idmançıları olan ölkələrdən biridir. Burada idman sahəsi də dövlət qayğısından kənarda qalmayıb. Cənab Prezident idmançıların və idman sahəsində çalışan hər bir mütəxəssisin işini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir.
- Ölkəmizin ev sahbliyi etdiyi mötəbər yarışlar barəsində də fikirlərinizi bildirərdiniz.
- Azərbaycanda bu günə kimi müxtəlif idman növləri üzrə nüfuzlu idman tədbirləri təşkil olunub. Azərbaycan hər bir mötəbər yarışda sözün əsil mənasında dünyanı heyrətləndirib. Ölkəmiz 7 il əvvəl tarixdə ilk dəfə təşkil olunan I Avropa Oyunlarına ev sahibliyi etdi. Bu tədbir bütün dünyaya səs saldı. Hər birimiz bu Oyunların təşkilində iştirak etdik. Ardınca IV İslam Həmrəyliyi Oyunları paytaxtımızda təşkil edildi. Həmin Oyunların da öhdəsindən layiqincə gəldik. Artıq bizim istənilən mötəbər yarışın təşkilində kifayət qədər təcrübəmiz var.
- Bilirik ki, özünüz də idmanla məşğul olursunuz. İstərdik ki, bir qədər də bu barədə danışardınız.
- Azərbaycanda idman ən populyar bir sahədir. Biz çalışmalıyıq ki, gələcək nəsillər sağlam ruhda böyüsünlər. Sağlam insanlar hər zaman cəmiyyət üçün dəyərli bir nümunədirlər. Bəli, mən də idmanı çox sevirəm. Uzun müddət idmanla məşğul olmuşam. Hər kəsə tövsiyyə edirəm ki, növündən asılı olmayaraq, fürsət düşəndə məşqlərdən kənarda qalmasınlar.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK