Sabah Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start veriləcək. 8 Noyabr - Zəfər gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygölü təmsil edən komandalar mübarizə aparacaqlar.
Noyabrın 9-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Qalib gələn komandalar gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.