Misli Premyer Liqası: "Qəbələ" doğma meydanda "Zirə"yə qalib gəldi

Misli Premyer Liqası: "Qəbələ" doğma meydanda "Zirə"yə qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib. Qəbələnin eyniadlı komandası öz meydanında "Zirə"ni qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə Ülvi İsgəndərov vurub.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran "qırmızı-qaralar" dördüncü pilləyə yüksəlib. 19 xalı olan "qartallar" isə beşinci sıraya geriləyib.

Günün son oyununda "Neftçi" səfərdə "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.