“Liverpul” “Real”a bu dəfə uduzmaq istəmir

“Liverpul” “Real”a bu dəfə uduzmaq istəmir

“Madrid “Real”ı ilə “Liverpul” arasında Cud Bellinqem rəqabəti davam edir. Dortmund “Borrusiya”sında çıxış edən ingilis futbolçunun transfer qiyməti 150 milyon avro dəyərindədir. Lakin madridlilər bu məbləği ödəməyi duşünmür. “Liverpul” isə Orelyen Tçuameninin transferində “Real”a uduzduqları üçün Bellingemi heyətə qatmaq istəyir.