“Madrid “Real”ı artıq Eden Hazardla yolunu davam etmək istəmir. Belçikalı yarımmüdafiəçi isə klubdan getmək niyyətində deyil. Əksər matçlarda o, Rodriqo və Asensio ilə rəqabətə girə bilmir. Bu isə madridliləri bu qərarı verməyə məcbur edir. Bir sözlə “Real” Hazarda inanmır. Qeyd edək ki, onunla müqavilə 2024-cü ilin yayına qədərdir.