Xatirə turniri başa çatdı 

Xatirə turniri başa çatdı 

8 Noyabr- Zəfər Günü münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə keçirilən həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində mükafatçılar bəlli olub. Əvvəlcə yarışdakı komandaların üzvrləri Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət ediblər.
İlk olaraq üçüncü yer uğrunda görüş baş tutub. "Ada Təpə" "Ardanış"ı 3 cavabsız qolla üstələyib. Finalda isə "Göyçə" "Novoivanovka" ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 5:3 hesabı ilə üstələyən "Novoivanovka" turnirin qalibi olub.
Daha sonra mükafatlar, medallar və hədiyyələr təqdim edilib. Ən yaxşı oyunçusu adına "Göyçə"dən Səhman Xasıyev layiq görülüb. Yarışın bombardirləri "Ada Təpə"dən İsa İsayev, "Media"dan Rüstəm Abdullayevdir. Ən yaxşı qapıçı “Novoivanovka”dan Əmil Bayramov, ən gənc oyunçu onun komanda yoldaşı Murad Vəliyev, ən yaşlı futbolçu "Göyçə"dən Nəriman Həsənli olub. "Sadaxlı" isə ən intizamlı komanda kimi fərqləndirilib.
Xatirə turnirinin əl işindən hazırlanmış rəmzi kuboku Məhərrəm İbrahimovun övladları - Uğur İbrahimli və Toğrul İbrahimli təqdim ediblər.