Avarçəkmə üzrə "Zəfər kuboku" turniri keçirilib

Avarçəkmə üzrə "Zəfər kuboku" turniri keçirilib

8 noyabr - Zəfər Gününə həsr edilən avarçəkmə üzrə "Zəfər Kuboku" turniri təşkil edilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Mingəçevirlə yanaşı, Bakıdan olan avarçəkənlər də mübarizə aparıblar. Daha çox yeniyetmə və gənclərin iştirak etdiyi "Zəfər Kuboku" turnirinin qalibləri diplom və medallarla mükafatlandırılıb.