Akademik avarçəkənimiz İtaliyada gümüş medala sahib çıxdı

Akademik avarçəkənimiz İtaliyada gümüş medala sahib çıxdı

İtaliyanın Turin şəhərində akademik avarçəkmə üzrə "Silver Skiff" beynəlxalq reqatası keçirilib. Yarışda 26 ölkəni təmsil edən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən iştirak edib. Ölkəmizi bu turnirdə akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dimçenko təmsil edib. Legioner idmançımız  11 km-lik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vuraraq gümüş medala sahib olub. O, bu nəticə ilə birinci pillədəki rəqibindən 8 saniyə geri qalıb.

Qeyd edək ki, "Silver Skiff" beynəlxalq reqatası ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Diana Dimçenko bu turnirdə 2015-ci ildən mübarizə aparır.