Bu gün “Qarabağ”ın Konfrans Liqasının pley-offdakı rəqibi müəyyənləşəcək

Bu gün “Qarabağ”ın Konfrans Liqasının pley-offdakı rəqibi müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.  Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşəcək. Avropa Liqasının G qrupunu üçüncü pillədə başa vuran “köhlən atlar” səpələnməmişlər səbətində olacaq. Ağdam klubunun bu mərhələdəki rəqibi “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri olacaq. 
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın bütün səpələnməmişlər kimi ilk oyunu evdə olacaq.