Avropa Liqası: Bu gün pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqası: Bu gün pley-off mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə öz qruplarında ikinci yeri tutan komandalar Çempionlar Liqasında üçüncü yerin sahibləri ilə rəqib olacaqlar.
Avropa Liqasında qrup ikinciləri: PSV (Niderland), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Nant", "Renn" (hər ikisi Fransa), "Union" (Berlin, Almaniya), "Midtüllan" (Danimarka), "Monako" (Fransa).
Çempionlar Liqasında qrup üçüncüləri: "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də təşkil olunacaq.