Konfrans Liqası: “Qarabağ” Belçika klubuna rəqib oldu 

Konfrans Liqası: “Qarabağ” Belçika klubuna rəqib oldu 

Bu gün Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunan mərasimdə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam klubu pley-offda Belçikanın "Gent" klubu ilə qarşılaşaq.
Qeyd edək ki, "Gent" hazırda Belçika Liqasında 6-cı pillədə yer alıb.
Pley-off mərhələsinin oyunları fevralın 16-sı və 23-də təşkil olunacaq. "Qarabağ" ilk oyununu doğma meydanda keçirəcək.