Konfrans Liqasının cütlükləri bəlli oldu

Konfrans Liqasının cütlükləri bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə 8 cütlük müəyyənləşib. Püşkatma zamanı Azərbaycanın “Qarabağ” klubunun rəqibinin də adına aydınlıq gəlib. “Köhlət atlar” pley-offda Belçikanın "Gent" klubuna rəqib olub. Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 16-sı və 23-də təşkil olunacaq. "Qarabağ" klubu ilk oyununu doğma azarkeşlər önündə keçirəcək.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)

“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə)

“Latsio” (İtaliya) - “CFR Kluj” (Rumıniya)

“Budo Qlimt” (Norveç) - “Lex” (Polşa)

“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya)

AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna)

“Şerif” (Moldova) - “Partizan” (Serbiya)

“Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika)