Xavi: “Çətin bir rəqibə rast gəldik”

Xavi: “Çətin bir rəqibə rast gəldik”

“Barselona”nın baş məşqçisi Xavi UEFA Avropa Liqasında pley-offun püşkatması ilə bağlı fikirlərini bildirib. “Çətin bir rəqibə rast gəldik. Mərhələ keçmək üçün işimiz çox olacaq. Erik ten Haqın gəlişindən sonra onlar xeyli gücləniblər”, - deyə Xavi vurğulayıb. ​