Zəfər Günü ərəfəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən idmançılarla görüş keçirilib. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində təşkil olunan mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, Ali
Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər ordumuzun Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdırıb. Tədbir şəhərin UGİŞM PHŞ-nin direktorlarının, idman ictimaiyyətinin nümayəndələrinin, müharibə veteranlarının və qazilərin iştirakı ilə səmimi mühitdə dəyirmi masa arxasında maraqlı söhbətlərlə davam edib.
Qeyd edək ki, Gəncədə qeydiyyat üzrə Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi Cavad Nəhmədov da daxil olmaqla 18 nəfər peşəkar idmanla məşğul olmuş şəxs Qarabağ uğrunda gedən döyüşlərin veteranlarıdır.