Misli Premyer Liqası: “Qarabağ” Tovuz səfərində təxirə salınmış oyununa çıxacaq

Misli Premyer Liqası: “Qarabağ” Tovuz səfərində təxirə salınmış oyununa çıxacaq

Bu gün futbol üzrə Misli Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək. “Qarabağ” klubu “Turan Tovuz”un qonağı olacaq. Saat 14:30-da başlayacaq matçı baş hakim Tural Qurbanov idarə edəcək.

Bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” 36 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Tovuz təmsilçisi isə 15 xalla altıncıdır.