Robert Levandovski yenidən “Qızıl buts”a sahib çıxdı 

Robert Levandovski yenidən “Qızıl buts”a sahib çıxdı 

“Barselona” klubunun polşalı gücumçusu Robert Levandovski “Qızıl buts” mükafatına layiq görülüb. 34 yaşlı hücumçu bu mükafatı ardıcıl ikinci ildir ki qazanır. Ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb.

PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb.

Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq A Seriyası və La Liqada 27 qol) toplayıblar.

Xatırladaq ki, 2021-ci ildə R.Levandovski Almaniya çempionatında vurduğu 41 qola görə “Qızıl buts”a layiq görülüb.