Baş məşqçi Beyli məyus etdi

Baş məşqçi Beyli məyus etdi

Uels millisinin futbolçusu Qaret Beyl DÇ-2022 ərzində qolf​ oynaya bilməyəcək.Bu barədə yığmanın baş məşqisi Robert Peyc məlumat ​ verib. O, qolfa böyük marağı olan "Los Anceles"in hücumçusu ilə bağlı deyib: "Əvvəlcə onun turnir ərzində 1 gün qolf oynamasını planlaşdırmışdıq. Ancaq sonra bunu da ləğv etdik. Orada yetərli zamanımız olmayacaq. Saat 4-də hava qaralmağa başlayacaq. Hər dörd gündən bir matçımız var. Qolf oynaması mümkünsüzdür". Qeyd edək ki, Beylə Avro-2020-də də qolf oynamaq qadağası qoyulmuşdu.