"Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi

"Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi

Futbol üzrə Misli Premyer Liqasında III turdan təxirə salınmış bir  oyun keçirilib. "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Matçın 37-ci dəqiqəsində Ovusu Kvabena fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb. 
Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.