“Bavariya”nın hücumçusu mundialı buraxacaq?

“Bavariya”nın hücumçusu mundialı buraxacaq?

Seneqal millisinin və Almaniya "Bavariya" klubunun hücumçusu Sadio Mane Qətər-2022-də iştirak edə bilməyəcək. Buna səbəb 30 yaşlı hücumçunun Bundesliqanın XIV tur çərçivəsində doğma meydanda "Verder"lə matçda (6:1) zədələnməsidir. Vətərində problem aşkarlanan seneqallı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix məlum deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.