“Qarabağ” “Gent” oyununun başlama saatı müəyyənləşib

“Qarabağ” “Gent” oyununun başlama saatı müəyyənləşib

Azərbaycanın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib. Gələn il fevralın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq ilk qarşılaşma saat 21:45-də start götürəcək. Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.