Bu gün futzal üzrə Yüksək Liqada altıncı turun oyunlarına start veriləcək. Bununla da liqada ikinci dövrənin oyunları başlayacaq. Günün ilk oyununda “Neftçi” və “Baku Fire” komandaları üz-üzə gələcəklər. Komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmadı qeydə alınacaq nəticə turnir cədvəlinin ikinci pilləsində dəyişikliyə səbəb ola bilər.
Sonra turnir cədvəlinin lideri “Araz-Naxçıvan” “Alyans”la gücünü sınayacaq. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmür.
Turun sonuncu oyununda “Record club” yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la üz-üzə gələcək.
Yüksək Liqada ikinci dövrə başlayır