“Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb

“Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb

Noyabrın 10-da Bakı Fotoqrafiya Evində Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Rauf Umudlu, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə Olimpiya çempionları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin 30 illik fəaliyyətindən danışaraq idmanın təbliğində fotoqrafların əməyinin danılmaz olduğnu qeyd etdi. “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranan Milli Olimpiya Komitəsi ölkəmizdə idmanın inkişafında böyük rol oynayıb. Milli Olimpiya Komitəsi bu 30 il ərzində Azərbaycanda Olimpiya Hərəkatının, Olimpiya ideallarının təbliğinə geniş yer ayırıb. 1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycan idman ölkəsinə çevrildi. İdmanın, Olimpiya Hərəkatının təbliğində, geniş miqyasda yayılmasında fotoqrafların böyük rolu olub. Milli Olimpiya Komitəsi hər Olimpiya Oyunlarından sonra xüsusi fotoalbom hazırlayıb. Bu fotoalbom Avropa və digər qitələrin Olimpiya komitələrinə göndərilirdi. Azərbaycana gələn qonaqlara bizim fotoqrafların əsərlərini təqdim edirdik. Yubiley günündə belə bir müsabiqənin keçirilməsinə qərar verildi. Sevindiricidir ki, bu müsabiqə uğurla yekunlaşdı”, - deyə Çingiz Hüseynzadə qeyd etdi.
Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Rauf Umudlu isə çıxışında idmanı fotoqrafiyanın ən yüksək zirvəsi adlandırıb. “Foto idmansız mümkün deyil. Çünki fotoda yaranan dinamika demək olar ki, başqa sahədə yoxdur. Fotoqrafiyanın ən dinamik seçimləri idmanda olur. Bu müsabiqədə iştirak edən fotoqraflara təşəkkürümü bildirirəm”, - deyə R.Umudlu bildirib.
İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə Milli Olimpiya Komitəsini 30 illik yubiley münasibəti ilə təbrik edərək, fotomüsabiqənin növbəti illərdə də təşkil olunacağına inandığını bildirib.
Sonra fotomüsabiqənin qalibləri təltif olunub.
Qeyd edək ki, avqustun 15-dən start verilən foto müsabiqəyə 189 foto təqdim olunub.

“Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda keçirilən foto müsabiqəsinin qaliblərinin mükafatlandırılıb