Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş «Azərbaycanda Olimpiya Hərəkatı» mövzusunda foto müsabiqədə birinci yeri tutan Gənclər və İdman nazirliyinin fotoqrafı Dilavər Nəcəfov «Olimpiya dünyası» qəzetinə fikirlərini bildirib.
"Çox sevindirici haldır ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyində məni idman yarışlarında çəkdiyim foto münsiflər heyəti tərəfindən birinci yerə layiq görüldü. Hələ müsabiqə üçün digər həmkarlarımla birlikdə fotoların təqdim olunması zamanı böyük seçim qarşısında qaldım. Demək olar ki, bu 30 il ərzində saysız hesabsız yarışlarda iştirak etmişəm. Heç vaxt çəkdiyim fotoları məhz müsabiqə üçün çəkməmişəm. Lakin çəkdiyim əziyyət çəkdiyim fotoların sayəsində öz bəhrəsini görüb. Fürsətdən istifadə edib, təşkilatçılara öz minnətdarlığımı bildirirəm", - deyə Dilavər Nəcəfov qeyd edib.