“Qarabağ”ın qapıçısı vəziyyəti barədə açıqlama verdi

“Qarabağ”ın qapıçısı vəziyyəti barədə açıqlama verdi

Ötən gün “Turan Tovuz”a qarşı oyunda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev durumu barədə instaqram hesabında paylaşım edib.

O, hazırda vəziyyətinin yaxşı olduğunu bildirib: “Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər Tovuz”.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda “Turan Tovuz”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.