Ukraynalı futbolçu Andrey Şevçenko Milli Olimpiya Komitəsindən istefa verib. O, qurumun yeni tərkibini əsas gətirərək istefa verdiyini açıqlayıb. Bu barədə futbolçu özü feysbuk səhifəsində məlumat paylaşıb.
"Ölkə tarixinin ən çətin vaxtında Ukraynanın yanında olmaqdan və qələbəmiz üçün əlimdən gələni etməkdən qürur duyuram. Mən bunu Milli Olimpiya Komitəsində şərəfli iş hesab edirəm, onun əhəmiyyətini anlayıram. Eyni zamanda, mən belə tərkiblə MOK-da qala bilmərəm. Bütün dünya rusiyalı idmançıların bütün səviyyəli yarışlarda iştirakını boykot edərkən, Ukrayna Milli Olimpiya Komitəsinin tərkibinə rusiyayönlü siyasi qruplardan olan şəxslər daxil idi”, - deyə Andrey Şevçenko bildirib.
Məşhur futbolçu Milli Olimpiya Komitəsindən istefa verdi