“Hakimlər rəqibdən daha təhlükəlidir”

“Hakimlər rəqibdən daha təhlükəlidir”


ABŞ-ın Las-Veqas şəhərində WBO versiyası üzrə 66,7 kq-a qədər çəki dərəcəsində amerikalı boksçu Timoti Bredli və meksikalı Xuan Manuel Markes arasında döyüş keçirilib. Boks yarışı birincinin qələbəsi ilə başa çatıb. 12 raunddan ibarət görüşdə iki hakim qələbəni Bredliyə (115: 113 və 116:112), biri isə Markesə (115:113) verib.
Xuan Manuel Markes döyüşdən sonra jurnalistlərlə keçirilən mətbuat konfransında deyib: "Düşünürəm ki, azarkeşlər yaxşı döyüşə tamaşa etdilər. Lakin hakimlər yenə də öz bildiklərini etdilər. Mən öz çıxışımdan çox razıyam. Las-Veqasda döyüşən boksçu gərək nokautla qalib gəlsin. Hakimlər rəqibdən daha təhlükəlidir”.