Qazaxıstanda kamandan oxatma üzrə beynəlxalq Qran-pri turniri keçirilib. Yarışda iştirak edən Azərbaycanın yeniyetmə idmançıları uğurlu nəticə əldə ediblər. Komandamızın üzvlərindən Zahid Kazımzadə və Fatimə Hüseynli şəxsi yarışlarda qızıl medala sahib olublar. Zahid Kazımzadə və Fatimə Hüseynli qarışıq komanda yarışında da 1-ci yerə layiq görülüblər.
Kamandan oxatanlarımız Qazaxıstanda birinci oldular