Bədii gimnastlarımızın Tbilisi sınağı 25 medalla yadda qaldı 

Bədii gimnastlarımızın Tbilisi sınağı 25 medalla yadda qaldı 

Tbilisidə keçirilən “II New Look Cup” beynəlxalq turnirində “Ocaq Sport” klubunun bədii gimnastları 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanıblar. Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, Aylin Yusifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 qızıl, 1 gümüş və 1 bürünc, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа isə bürünc medal qazanıblar.