Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının (ACF) və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı ilə seminar keçirilir. Seminarda Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev, gənclərdən yığmanın həkimi Ceyhun Əliyev və yeniyetmələrdən ibarət millinin həkimi Şahin Məmmədov iştirak edirlər.
Seminarda yarışlarda idmançıların aldığı zədələr, onların ağırlıq dərəcəsinə görə təsnifatı, zədələrin önlənməsi yolları və digər mövzular müzakirə olunub. Həmçinin, bir çox təcrübəli həkimlərin qarşılaşdığı hallar və müalicə üsulları ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Cüdo Federasiyası idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq milli yığma komandalarının həkimlərinin ən son tədqiqatlardan və tibbi təcrübələrdən xəbərdar olması, idmançılara yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə gələcəkdə də bu cür təkmilləşdirmə seminarlarında iştirak etmələrini planlaşdırır.