Qətər-2022: Ekvador ciddi rəqib olduğunu sübut edir  

Qətər-2022: Ekvador ciddi rəqib olduğunu sübut edir  

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün çempionatın A qrupunda II turun oyunları başa çatıb. A qrupunda turun son matçında Niderland millisi Ekvadorla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib -1:1. Oyunda hesab matçın 6-cı dəqiqəsində açılıb. "Narıncılar"ın heyətində Kodi Qakpo fərqlənib. Lakin avropalılar matçdakı üstünlüyünü qoruya bilməyib. İkinci hissənin 49-cu dəqiqəsində Ekvador komandasının futbolçusu Enner Valensiya bərabərlik qolunu vurub. 
Xatırladaq ki, A qrupunun digər oyununda Seneqal millisi Qətərdən güclü olub - 1:3.
İlk iki 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland komandaları müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Seneqal  millisi isə 3 xalla qrupda üçüncü yerdə qərarlaşıb. Keçirdiyi hər iki oyunda məğlub olan ev sahibi Qətər komandası isə növbəti mərhələ şanslarını itirərək qrupda qalıb. Sonuncu turda 1/8 finala vəsiqə uğrunda əsas mübarizə Ekvador, Niderland və Seneqal milliləri arasında olacaq. 
 

Azər Əlizadə