Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı davam edir. Bu gün A qrupunda keçirilən oyunlardan sonra mundialla vidalaşan ilk komandanın adına aydınlıq gəlib. Bu, ev sahibi Qətər millisidir. Keçirdikləri hər iki görüşdən məölub ayrılan qətərlilər mundialda mübarizəni dayandıcağı dəqiqləşib. Üçüncü turda Niderland millisi ilə qarşılaşma ev sahibləri üçün formal xarakter daşıyacaq. Bu qrupda növbəti mərhələyə vəsiqə uğrunda əsas mübarizə isə Ekvador, Niderland və Seneqal komandaları arasında olacaq. Ekvadorla Niderlandın aktivində 4 xal var. Hər iki komanda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. Seneqal isə 3 xalla qrup üçüncüsüdür.
Azər Əlizadə