Qətər-2022: Bu gün daha iki qrupda ikinci tura yekun vurulacaq - AFİŞA

Qətər-2022: Bu gün daha iki qrupda ikinci tura yekun vurulacaq - AFİŞA

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı davam edir. Munidalın 7-ci günündə daha iki qrupda ikinci turun oyunlarına yekun vurulacaq. Günün ilk oyunu D qrupunda keçirilən Tunis və Avstraliya komandalarının oyunu ilə başlayacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək oyun “Əl-Canub” stadionunda baş tutacaq. Günün ikinci oyunu isə saat 17:00-da “Edukeyşin Siti” stadionunda təşkil olunacaq. Burada C qrupunun iştirakçıları olan Polşa və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 20:00-da "Stadium 974"-də start götürəcək oyunda isə D qrupunda yer alan Fransa və Danimarka yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Günün son oyununda isə ilk turda gözlənilmədən uduzan Argentina yığması ilə Meksika komandaları qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022

Qrup məhələsi, II tur

C qrupu

17:00. Polşa - Səudiyyə Ərəbistanı

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Edyukeyşn Siti" stadionu

23:00. Argentina - Meksika

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Xal durumu:Səudiyyə Ərəbistanı - 3, Polşa - 1, Meksika - 1, Argentina - 0

D qrupu

14:00. Tunis - Avstraliya

Baş hakim: Daniel Zibert (Almaniya)

"Əl-Canub" stadionu

20:00. Fransa - Danimarka

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Stadium 974"

Xal durumu: Fransa - 3, Danimarka- 1, Tunis - 1, Avstraliya - 0.

 

Azər Əlizadə