Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu ün keçirilən 4 qarşılaşma ilə yarışların altıncı gününə yekun vurulub. Günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentina millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk qol matçın 64-cü dəqiqəsində vurulub. Lionel Messi dəqiq zərbə ilə komandasını hesabda önə keçirib. Matçın 87-ci dəqiqəsində isə Enso Fernandes fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb. Görüş bu hesabla başa çatıb. Beləliklə, ikinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdə qərarlaşır.
Argentina qələbə sayəsində ikinci pilləyə yüksəldi