Ukraynalı boksçu Vladimir Kliçko və rusiyalı Aleksandr Povetkin arasında revanş matçının keçirilməsi mümkündür. Bu barədə Kliçko boxingnews.com.ua saytında məlumat verib. O deyib: "Aleksandr və proumouterlər bunu çox istəsələr, revanş-oyun keçirmək mümkündür. Lakin bir şərtlə: oyun Kiyevdə keçirilməlidir”.
Xatırladaq ki, boksçular oktyabrın 5-də Moskvada keçirilən qarşılaşmada bir araya gəlmişdilər. Kliçko WBA versiyası üzrə mütləq dünya çempionu Aleksandr Povetkini 4 dəfə nokdauna göndərərək döyüşdən qalib ayrılmışdı.