"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyasına “Qəbələ” son qoydu

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyasına “Qəbələ” son qoydu

"Qəbələ" futbol klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" komandasına 1:0 hesabı ilə qalib gələrək Ağdam təmsilçisinin daxili yarışlarda 42 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyub.

Bunadək 42 matçda yenilməyən "köhlən atlar" 43-cü görüşündə məğlubiyyət acısı yaşayıb.

"Qarabağ" bundan əvvəl sonuncu dəfə 2021-ci il oktyabrın 25-də Premyer Liqada “Səbail”ə 1:3 hesabı ilə uduzub. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv təqribən 14 aydan sonra ölkədaxili yarışda məğlub olub.