Arentinada istirahət günü elan edildi

Arentinada istirahət günü elan edildi

Argentina hökuməti dünya çempionatındakı qələbəni qeyd etmək üçün dekabrın 20-ni ölkədə istirahət günü elan edib. Bir neçə saatdan sonra göyərtəsində dünya çempionlarının olduğu təyyarə Buenos-Ayres hava limanına eniş edəcək.

Futbolçular hava limanından onlar üçün xüsusi ayrılmış avtobusla Respublika meydanınınmərkəzində yerləşən obeliskə tərəf yön alacaqlar.

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını penaltilər seriyasında məğlub edən Argentina millisi üçqat dünya çempiona yiyələnib.