DÇ-2022-nin simvolik komandası açıqlandı

DÇ-2022-nin simvolik komandası açıqlandı

“WhoScored” internet portalı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının simvolik komandasını açıqlayıb. Argentina yığmasının hücumçusu Lionel Messi və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeş 10 ballıq sistemlə ən yüksək qiymət alıblar - 8,2 bal. Qətər-2022-nin bombardiri seçilən fransalı Kilian Mbappenin performansı isə 8,0 balla qiymətləndirilib.

Qətər-2022-nin simvolik komandasının tam heyəti belədir:

Qapıçı: Voyçex Şensnı (Polşa, 7,9 xal)

Müdafiəçilər: Teo Hernandes (Fransa, 7,2), Rodri (İspaniya, 7,4), Harri Maquayr (İngiltərə, 7,4), Aşraf Hakimi (Mərakeş, 7,0)

Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, 7,5), Brunu Fernandeş (Portuqaliya, 8,2), Jud Bellinqem (İngiltərə, 7,6)

Hücumçular: Antuan Qrizmann (Fransa, 7,5), Lionel Messi (Argentina, 8,2), Kilian Mbappe (Fransa, 8,0).