Fransanın barlarından birində Argentina millisinin kapitanı Lionel Messinin forması təhqir olunub.
Barda 35 yaşlı hücumçunun formasını yerə səriblər. Formanın yanındakı lövhədə "Girərkən ayaqlarınızı silməyi unutmayın" yazılıb. Onlar Argentinanın DÇ-2022-nin finalında Fransanı məğlub etməsinə əsəbiləşdikləri üçün bu addımı atıblar.
Qeyd edək ki, Argentina finalda Fransaya qalib gəlib (3:3, penaltilər seriyası - 4:2). PSJ-nin oyunçusu sözügedən görüşdə dubla imza atıb.