Meksika millisinin kapitanı Gilyermo Oçoa karyerasını İtaliyada davam etdirəcək. 7 yaşlı qapıçısı “Salernitana” ilə razılığa gəlib.
Oçoa A seriyası klubuna azad agent kimi keçəcək. Onunla mövsümün sonuna qədər müqavilə bağlanacağı bildirilib.
Qeyd edək ki, Oçoa “Ayaçço” (Fransa), “Malaqa” (İspaniya), “Qranada” (İspaniya), “Standard” (Belçika) kimi klublarda oynayıb.