MMA döyüşçümüz texniki nokautla rəqibinə qalib gəldi

MMA döyüşçümüz texniki nokautla rəqibinə qalib gəldi

 

Azərbaycanın MMA döyüşçüsü Əli Quliyev növbəti qələbəsini qazanıb. Azərbaycanın MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının üzvü Almaniyada "Brave 68" turnirində gücünü sınayıb. 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz braziliyalı Jefferson Oliveira ilə qarşılaşıb. İdmançımız ikinci raundda texniki nokautla rəqibinə qalib gəldi.