Azərbaycan Milli Antidoponq Agentliyi (AMADA) fəaliyyət göstərdiyi 6 il ərzində ölkədə effektiv dopinq nəzarətini həyata keçirməklə yanaşı, beynəlxalq antidopinq prosesinə də töhfələr verməklə qabaqcıl milli antidopinq təşkilatlarından birinə çevrilib.
Bu sözləri AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 27-də təşkil olunan mətbuat konfransında diqqət çatdırıb.
Bildirib ki, cari ildə idmançılardan 1456 antidopinq testi götürülüb. Bunlardan 770-i yarış müddətində, 686-sı isə yarışdan kənar müddətdə götürülüb.
"Cari ildə 7 antidopinq qayda pozuntusu üzrə artıq sanksiya qərarı qəbul edilib. Belə ki, boksda, ağır atletikada 2, güləş, karate və kikboksinqdə 1 qayda pozuntusuna rast gəlinib", - deyə Şəfəq Hüseynli vurğulayıb.